'XXI əsrin liderləri' - 'İRƏLİ' üzvləri

GƏNCLİK
13:28 17.08.2012
1689
Rusiyanın Rostov şəhərində Rusiya Gənclər İttifaqı tərəfindən hər il təşkil olunan “XXI əsrin liderləri” yay düşərgəsi yekunlaşıb."İRƏLİ"dən AZXEBER.COM-a verilən məlumata görə, layihənin tərəfdaşı olaraq düşərgədə “İrəli” İctimai Birliyinin üzvlərindən ibarət 20 nəfərlik nümayəndə heyəti təmsil olunub.Düşərgə müddətində MDB ölkələrininin gənc liderləri bir araya gələrək, “Liderlik”, “Gənclər siyasəti”, “Tələbə idarəetmə orqanları” mövzularında təlim və seminarlarda iştirak ediblər.  Səfər müddətində İctimai Birliyin Nəzarət Təftiş Komissiyasının sədri Xəqani Fərəcov Rusiya Gənclər İttifaqının sədri Pavel Krasnarudski, ittifaqın Beynəlxalq əlaqələr üzrə departament rəhbəri Nikita Smirnov ilə görüşüb.Görüşdə iki təşkilat arasında əlaqələrin genişləndirilməsi, birgə əməkdaşlıq memorandumunun imzalanması ilə bağlı fikir mübadiləsi aparılıb.Eyni zamanda Rusiya İctimai Palatasının nümayəndəsi Aleksandr Sakalov və yeni yaranmış “Birlik” Beynəlxalq Gənclər İctimai Birliyinin icraçı direktoru Məhəmməd Əliyevlə də görüş keçirilib.

OXŞAR XƏBƏRLƏR