17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Macarıstanda təlim-məşq toplanışındadır.AZXEBER.COM-un AFFA-ya istinadən verdiyi məlumata görə, komandamız hazırlıq prosesi çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.
Rəqib isə “Femina” (Budapeşt) klubunun 1995-1996-cı il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandası olub. 17 yaşadək qızlardan ibarət yığmamız bu görüşdə 7:0 hesabı ilə qələbə qazanıb.