Yağış yağdı, Sabunçu gölə döndü

MARAQLI
12:00 23.06.2011
1937

Qəsəbə sakinlərinin portalımıza ünvanladığı məktubda deyilir ki, gecə və bu gün səhər saatlarında yağan yağış Yavər Vəliyev küçəsini sakinlər üçün keçilməz edib. Yağış suyunun yaratdığı gölməçələr avtomobillərin, o cümlədən, piyadaların hərəkəti üçün çətin vəziyyət yaradıb. Buna səbəb isə qəsəbədə kanalizasiya sisteminin olmamasıdır. Sakinlər deyir ki, hər dəfə yağış və qar yağanda vəziyyət daha acınacaqlı olur. 

Zabrat Bələdiyyəsinin sədri Adil Hənifəyev bildirdi ki, həmin küçənin bir hissəsində kanalizasiya sistemi olsa da, müəyyən hissəsində hələ də bu sistem yoxdur. Onun sözlərinə görə, 2011-2013-cü illər üçün Bakı ətrafı kəndlərin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində Zabratın bütün ərazisi kanalizasiya sistemi ilə təmin olunacaq: "Digər tərəfdən, burada nə problem var ki? Yağış yağanda Bakının hər yeri gölməçə olur. Bu dəqiqə evim suyun içərisindədir".

/// milli.az

OXŞAR XƏBƏRLƏR