“Yahoo” “Chrome” brauzeri almaqla maraqlanır

“Yahoo” “Chrome” brauzeri almaqla maraqlanır
DÜNYA
08:56 25.04.2025
179
Amerika məhkəməsi antiinhisar işi çərçivəsində "Google" şirkətini "Chrome" brauzerindən imtina etməyə məcbur edərsə, ABŞ-ın "Yahoo" şirkəti bu məhsulu almağa hazırdır.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

"Chrome" bəlkə də internetdə ən mühüm strateji oyunçudur,” – deyə "Yahoo Search" axtarış sisteminin baş meneceri Brayan Provost bildirib.

Onun sözlərinə görə, "Chrome" brauzerinin dəyəri on milyardlarla dollarla ölçülür.

Provost əlavə edib ki, "Yahoo" hazırda öz brauzerini hazırlayır, lakin hazır bir məhsulu satın alma imkanını da nəzərdən keçirir.
 
///APA
OXŞAR XƏBƏRLƏR