Yağış gündüz saatlarında da davam edəcək

Yağış gündüz saatlarında da davam edəcək
SOSİAL
11:52 08.11.2018
3452
Bu gün gündüz saatlarında ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu 13-15 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gündüz saatlarında hava şəraitinin 'sasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu 15-19, dağlarda 2-7 dərəcə isti təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR