Yağmurlu hava şəraiti paytaxt ərazisində bir nəfərin ölümü ilə nəticələnən yol qəzasına səbəb oldu. Hadisə Bakı-Qazax yolunun 14-cü kilometrliyində Bakının Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq metal arakəsmələrə çırpılıb. Zərbədən sonra avtomobil bir neçə dəfə aşıb və sonda yolun hərəkət istiqamətinin mərkəzində dayanıb.Əraziyə gələn Qaradağ rayon polis idarəsinin və yol patrul xidmətinin əməkdaşları dünyasını dəyişən şəxsin kimliyini müəyyən etməkdə çətinliklə üzləşiblər. Yol patrul xidməti əməkdaşları, onlar əraziyə çatdıqları zaman dünyasını dəyişən şəxsin artıq hadisə yerinin yaxınlığında olduğunu bildiriblər.YPX-nin əməkdaşı Zaur Məmmədov avtomobildən hec bir sənəd çıxmadığını deyib.