Yağış nə vaxt dayanacaq? – Tarix açıqlandı

Yağış nə vaxt dayanacaq? – Tarix açıqlandı
SOSİAL
22:23 31.08.2026
76
Azərbaycanda müşahidə olunan yağıntıların nə zaman kəsəcəyi açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Ölkə.az-a deyib ki, yağışlı hava şəraiti daha iki gün davam edəcək.

"Sentyabrın 2-si axşam saatlarından yağıntılar tədricən kəsiləcək”, - o bildirib.

Qey edək ki, sentyabrın 1-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
OXŞAR XƏBƏRLƏR