Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
SOSİAL
13:00 23.07.2021
3234
İyulun 24-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
OXŞAR XƏBƏRLƏR