Yağışlı günlər başlayır: Sürücülərə avtomobillərlə bağlı vacib xəbərdarlıq

Yağışlı günlər başlayır: Sürücülərə avtomobillərlə bağlı vacib xəbərdarlıq
SOSİAL
11:00 01.09.2026
84

Payız-qış mövsümünün yaxınlaşması ilə yağıntılı və sürüşkən hava şəraiti sürücülər üçün əlavə risklər yaradır.

Yağışlı havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin azalması və avtomobilin əyləcləmə imkanlarının dəyişməsi qəza riskini artırır. Bu səbəbdən sürücülərin mövsüm başlamazdan əvvəl avtomobillərini texniki baxışdan keçirmələri və əsas detalların saz vəziyyətdə olduğuna əmin olmaları vacibdir.

Maraqlıdır, sürücülər payız-qış mövsümünə hazırlıq zamanı avtomobillərində hansı texniki yoxlamaları aparmalı, hansı detallara xüsusi diqqət yetirməlidirlər?

 

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan avtonəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov bildirib ki, sürücülər ilk növbədə avtomobilin təkərlərinə, şüşəsilənlərinə və işıq cihazlarına diqqət yetirməlidirlər:

"Təcrübəli sürücülər adətən sentyabr ayından payız-qış mövsümünə hazırlıqlarını görürlər. Burada əsasən elementar qaydalardır. Avtomobilin təkər şinlərinə diqqət yetirilir, daha sonra şüşəsilənlərin işlək vəziyyətdə olması vacibdir. İşıq cihazları, fənərlərin işləməsinə diqqət edilməlidir. İçəridə, misal üçün, avtomobilin interyerini isitmək üçün istilik sistemi bunlar əsasən elementar xırda detallardır. Həmçinin nəzərə alsaq ki, payız mövsümü daha çox yağmurlu mövsümdür, burada əyləc sistemlərinin işlək vəziyyətdə olması vacibdir. Əyləc bəndlərinin dəyişdirilməsi, avtomobilin asqı sisteminin saz vəziyyətdə olması və bunlar hamısı yoxlanılmalıdır, baxılmalıdır və payız-qış mövsümünə hazırlıqlar həyata keçirilməlidir”.


Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR