"Yalnız mühüm prezidentlər güllələnir".
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının 2024-cü il prezident seçkilərində namizədi Donald Tramp deyib.
Tramp sentyabrın 15-də Floridada yaşadığı yerin yaxınlığında baş verən sui-qəsd cəhdindən sonra Miçiqanda keçirilən seçki mitinqində çıxış edib. O, ikinci dəfə ona qarşı baş verən sui-qəsd cəhdindən sonra danışıb.
Tramp həmçinin qeyd edib ki, sui-qəsd cəhdindən sonra ABŞ prezidenti Co Baydenlə xoş görüş keçirib. Vitse-prezident və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisdən də telefon zəngi aldığını vurğulayıb.
Qeyd edək ki, Trampın böyük oğlu kiçik Donald Tramp özünün X hesabında yerli hüquq-mühafizə orqanlarının hadisədən sonra tarladakı kolluqlarda AK-47 silahı tapdığını və şübhəli şəxsin tutulduğunu açıqlayıb.
Oksana