Aparıcı Vüsalə Əlizadə nitqi ilə diqqət çəkib.
AZXEBER.COM xəbər verir ki, o, aparıcısı olduğu "İncə səhər" verilişində qonaq etdiyi bəzi müğənnilərə iradını bildirib.
Aparıcı deyib ki, verilişinə şərt qoyaraq gələn müğənnilərin hərəkətlərini doğru hesab etmir:
"Bir sənət adamı var, adını çəkməyəcəyəm. Yalvar-yaxar etdi ki, məni səviyyəlli müğənni ilə qonaq çağır. Bizim kanalın zatən səviyyəsi, sambalı var. Bunu bütün müğənnilər yaxşı bilir. Bura qonaq gəldi, onu layiqli qarşıladım, səviyyəli şəkildə yola saldım. Amma baxırsan o adam səhərisi günü başqa kanalda elə müğənnilərlə efirə çıxıb ki, təəccüblənirəm. Mən də ona yaxşı bir ismarıc göndərdim. Dedim gəldin burada özünü yaxşı, səviyyəli reklam etdin, çünki səni mən təqdim elədim. Bəs dünən burada ("İncə səhər".red ) qazandığın hörməti, gedib başqa yerdə necə yerlə bir edirsən?
Burada da o əslində məni qaldırır. Bilir ki, bura səviyyəli yerdir, o verilişə gedirsə, onu da bilir ki, artıq ora səviyyəsizlərlə çıxacaq... İndi efirə gec-gec çıxan müğənniləri mən anlaya bilirəm. Bilir ki, səviyyəli yerə bir dəfə çıxmalıdır.
Artıq yorulmuşam. İllərdir bu işi görürəm və nə qədər eyni simaları görmək olar? Bir müddət fasilə də etmək istəyirəm. Elə bir Xalq artisti, Əməkdar artist yoxdur ki, mən onu verilişimə dəvət etməyim, çəkməyim".
Aysel









































