Xalq artisti Faiq Ağayev öz şəxsi “facebook” səhifəsində Aygün Kazımova haqqında yazıb.
AZXEBER.COM-un məlumatına görə, xalq artisti Aygün Kazımovanın gözəlləşdiyini qeyd edib:
“Bu gün idarə etdiyim tədbirə yarım saatlıq Aygün Kazımova gəlmişdi. Yaman gözəlləşib yanmış”.
Qeyd edək ki, el şənliklərinin birində iştirak edən Aygün Kazımova yeni görünüşü ilə hər kəsin diqqətini çəkib. Müğənni “İnstagram” səhifəsində imicində dəyişiklik etdiyini bildirib və yeni böyütdüyü dodaqlarının fotosunu paylaşıb.