Yanan binanın “qəhrəmanı” həbs olundu

KRİMİNAL
00:00 27.10.2015
10851

Mayın 19-da Bakının Binəqədi rayonunda yanan binada bir neçə nəfəri xilas etdiyini deyən Kamran Babayev həbs edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumatda bildirilir ki, Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq, təkrar oğurluq) maddəsi ilə axtarışda olan Kamran Uğur oğlu Babayev saxlanılıb.Saxlanılan şəxs mobil telefon oğurluğunda şübhəli bilinir. K.Babayevin məhkəməsi də olub. Məhkəmənin hökmü ilə onu 3 aya qədər azadlıqdan məhrum ediblər.Xatırladaq ki, may ayının 19-da Binəqədi rayonu, Azadlıq prospektində 16 mərtəbəli yaşayış binasında yanğın olmuşdu. Həmin yanğında Kamran Babayev adlı şəxs 4 nəfəri yanğından xilas etdiyini bildirmişdi. Sonradan araşdırmalar zamanı onun yalan dediyi məlum olmuşdu. (baku.ws)

OXŞAR XƏBƏRLƏR