Yanan binaya görə həbs olunanlardan biri öldü

Yanan binaya görə həbs olunanlardan biri öldü
SOSİAL
11:08 14.07.2016
2207
Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı həbs olunan şəxslərdən biri təcridxanada ölüb.
Hadisəyə görə həbs olunan Nüsrət Muxtarov saxlanıldığı Bakı İstintaq Təcridxanasında vəfat edib.
O, yanan binada təmir işləri aparan “TNH” şirkətinin tikinti işləri üzrə müavini işləyib.
Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.
Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə “TNH” şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.
Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında Azərbaycan qələbə qazanan ölkədir"
17:20 02.06.2025
"Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında Azərbaycan qələbə qazanan ölkədir"
İstanbulda Rusiya - Ukrayna danışıqları başa çatdı
17:17 02.06.2025
İstanbulda Rusiya - Ukrayna danışıqları başa çatdı
Daha bir gənc müəllim qəfil vəfat etdi - FOTO
17:12 02.06.2025
Daha bir gənc müəllim qəfil vəfat etdi - FOTO
Barmaqlarımız sosial şəbəkədə il ərzində bu qədər məsafə qət edir
17:11 02.06.2025
Barmaqlarımız sosial şəbəkədə il ərzində bu qədər məsafə qət edir
Nigeriyada daşqınlar nəticəsində 200-dən çox insan həlak oldu
17:10 02.06.2025
Nigeriyada daşqınlar nəticəsində 200-dən çox insan həlak oldu
Azərbaycanda çəkilən ilk cizgi serialının DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təqdimatı olub
17:09 02.06.2025
Azərbaycanda çəkilən ilk cizgi serialının DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təqdimatı olub
İlham Əliyev Azərbaycan milli komandasının üzvlərini qəbul etdi - FOTOLAR
17:05 02.06.2025
İlham Əliyev Azərbaycan milli komandasının üzvlərini qəbul etdi - FOTOLAR
"Kristal Abşeron" rebrendinq etdi!
16:56 02.06.2025
"Kristal Abşeron" rebrendinq etdi!
Meyxanaçı Ağamirzə Kərimin son vəziyyətini açıqlayıb
16:52 02.06.2025
Meyxanaçı Ağamirzə Kərimin son vəziyyətini açıqlayıb
Tural Sadıqlı, Orduxan Teymurxan və Elşad Abdullayev barəsində qiyabi həbs qərarı çıxarıldı
16:40 02.06.2025
Tural Sadıqlı, Orduxan Teymurxan və Elşad Abdullayev barəsində qiyabi həbs qərarı çıxarıldı
Azərbaycan-İran Birgə Komissiyasının görüşü keçirilib - FOTOLAR
16:13 02.06.2025
Azərbaycan-İran Birgə Komissiyasının görüşü keçirilib - FOTOLAR
Unibankın dəstəyi ilə Uşaqların Səsi Forumu keçirilib - FOTOLAR
16:10 02.06.2025
Unibankın dəstəyi ilə Uşaqların Səsi Forumu keçirilib - FOTOLAR
İstanbulda növbəti Rusiya-Ukrayna danışıqları başlayıb
15:59 02.06.2025
İstanbulda növbəti Rusiya-Ukrayna danışıqları başlayıb
Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə
15:37 02.06.2025
Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə
Qəzzada ölənlərin sayı 54 470 nəfərə çatdı
15:35 02.06.2025
Qəzzada ölənlərin sayı 54 470 nəfərə çatdı
Azər Türk Bank kartlardakı qalıqlar üzrə faiz kampaniyasını davam etdirir
15:34 02.06.2025
Azər Türk Bank kartlardakı qalıqlar üzrə faiz kampaniyasını davam etdirir