"Yandırdı məni" mahnısına görə qalmaqal yarandı

"Yandırdı məni" mahnısına görə qalmaqal yarandı
MAQAZİN
12:37 21.06.2025
338
Müğənni Nadir Bayramlının "Gün ortası” verilişində qonaq olarkən səsləndirdiyi çıxışı qalmaqala səbəb olub.

AZXEBER.COM xəbər verir ki, gənc müğənni Nuran Nadir Bayramlı ilə sözügedən verilişdə qonaq olarkən onun hit olmuş "Yandırdın məni” adlı mahnısını oxumaq istədiyini deyib.

Nadir Bayramlı Nuranın bu təklifinə "hə" cavabı verərək "Məndən icazə almaq kifayyətdir" deyə bildirib.

Sözügedən görüntülər ATV-nin rəsmi "youtube" kanalında yayımlandıqdan sonra mahnının müəllifi Füzuli Səlimov Bayramlının bu hərəkətinə sərt reaksiya verib:
 
"Məndən icazəsiz efirdə bu mahnını oxuyanlar ilə məhkəmədə görüşərik. Nadir Bayramlı, sənin nə haqqın var ki, hələ  icazə də verirsən?” deyə o şərh bölməsində qeyd edib.
 
Aysel
 

 

 


 


OXŞAR XƏBƏRLƏR