Yango Azerbaijan: Bakıda sürücülər bir-birilərinə qarşı nəzakətli olmağı və hörmət etməyi qiymətləndirirlər

Yango Azerbaijan: Bakıda sürücülər bir-birilərinə qarşı nəzakətli olmağı və hörmət etməyi qiymətləndirirlər
İQTİSADİYYAT
18:56 17.04.2025
938

"Yango Azerbaijan” və Azərbaycan Cüdo Federasiyası Bakıda 1500-dən çox tərəfdaş sürücü arasında sorğu keçirərək onların peşəkar idmanı nə qədər tez-tez izlədiyini, həmçinin yollarda cüdoçuların hansı keyfiyyətlərini ən vacib hesab etdiklərini öyrənib.

Sürücülər üçün əsas prinsiplər nəzakət, emosiyalara nəzarət, səmimilik və ləyaqət, həmçinin mehribanlıq və açıqlıq olub.

Qlobal texnologiya şirkəti Yango Group-a daxil olan "Yango Azerbaijan” Azərbaycan Cüdo Federasiyası ilə birlikdə xidmətin tərəfdaş-sürücüləri arasında araşdırma apararaq peşəkar idmanın onların gündəlik həyatında oynadığı rolu öyrənib. Araşdırmanın nəticələrinə görə, Bakıda sürücülərin böyük əksəriyyəti - 80%-dən çoxu müntəzəm olaraq peşəkar idman yarışlarını izləyir. Ən populyar idman növləri isə futbol (45%), cüdo (35%) və ağır atletika (11%) olub. Respondentlərin 72%-dən çoxu Azərbaycan cüdoçularının milli uğurları və nailiyyətləri ilə maraqlandıqlarını qeyd ediblər.

Peşəkar cüdoçular təkcə fiziki hazırlıqlarını inkişaf etdirmirlər, həm də tatamidən kənar həyat fəlsəfəsinə böyük diqqət yetirirlər. Bu prinsiplərə nəzakət, cəsarət və həqiqətə sadiqlik, səmimiyyət və ləyaqət, təvazökarlıq, başqalarına hörmət, emosiyalara nəzarət, dostluq və açıqlıq daxildir.

"Yango Azerbaijan” sürücülərdən Bakıda yollarda tətbiq etdikləri cüdo fəlsəfəsinin əsas prinsiplərini sadalamağı xahiş edib. Respondentlərin yarıdan çoxu nəzakəti və başqalarına hörməti sürücülər üçün əsas keyfiyyətlər hesab edir - bu variantı respondentlərin müvafiq olaraq 57% və 43%-i seçib. Onların ardınca emosiyaları idarə etmək bacarığı gəlir ki, bunu sürücülərin üçdə birindən çoxu (35%) qeyd edib. Sürücülük üçün ən yüksək keyfiyyətlərin sırasına səmimilik və ləyaqət (34%), dostluq və açıqlıq (33%) daxil olub. Sorğuda iştirak edən hər dördüncü sürücü yolda müxtəlif vəziyyətlərdə cəsarət və həqiqətə sadiqlik göstərməyin vacibliyini vurğulayıb - 26%. Təvazökarlığı respondentlərin 11%-i əhəmiyyətli keyfiyyət adlandırıb.

Bundan əvvəl "Yango Azerbaijan” və Azərbaycan Cüdo Federasiyası arasında tərəfdaşlıq müqaviləsinin bağlandığı elan edilib. Əməkdaşlıq çərçivəsində təşkilatlar ölkədə peşəkar idmana marağı inkişaf etdirməklə yanaşı, həm də şəhər mühitinin hərəkətliliyinin və rahatlığının yaxşılaşdırılmasına töhfə verməyi planlaşdırır.

*Sorğuda Bakıda fəaliyyət göstərən 1512 Yango Ride tərəfdaş-sürücü iştirak edib. Sorğu Yango Pro sürücü tətbiqi əsasında onlayn platformadan istifadə etməklə aparılıb.

"Yango Azerbaijan” haqqında

Ride and Delivery kimi taksi sifarişi və çatdırılma xidmətləri göstərən "Yango Azerbaijan” 2022-ci ildən bazarda fəaliyyət göstərir. 2024-cü ildə ölkədə ictimai nəqliyyatda səfər planlaşdırma, Market - ərzaq çatdırılması və Yemək - restoranlardan yeməklərin çatdırılması xidmətləri istifadəyə verilib.

Əlavə məlumat üçün aşağıdakı kontakt vasitəsilə əlaqə saxlayın:

[email protected]

 

 

 

 

OXŞAR XƏBƏRLƏR