Yanğın 3 gündən sonra söndürüldü

Yanğın 3 gündən sonra söndürüldü
DÜNYA
09:40 28.11.2025
83
Çinin xüsusi inzibati bölgəsi (SAR) Honq-Konqda yaşayış kompleksində 90-dan çox insanın həyatına son qoyan yanğın tamamilə söndürülüb.

Bu barədə Çinin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb. 

"Yanğın söndürülüb, xilasetmə əməliyyatları davam etdirilir və bütün mənzillərə baxış keçirilir", - deyə məlumatda bildirilir.

Son məlumatlara görə, yanğın zamanı 94 nəfər həlak olub.

Məlumata görə, yanğın kompleksin abadlaşdırılması planı çərçivəsində binaların ətrafına ucaldılmış bambuk iskelelərdən başlayıb və yayılıb.
OXŞAR XƏBƏRLƏR