AZXEBER.COM xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb.
Bildirilib ki, meşə yanğınları ağac və bitki örtüyünün məhv olmasına, vəhşi heyvanların yaşayış mühitinin zədələnməsinə, torpağın münbit qatının sıradan çıxmasına və ekoloji tarazlığın pozulmasına səbəb olur.
Qeyd olunub ki, yanğından zərər çəkmiş ekosistemlərin bərpası uzun illər çəkə bilər.
Nazirlik vətəndaşlara meşələrdə və meşəətrafı ərazilərdə ocaq qalamamağı, söndürülməmiş siqaret kötüklərini təbiətə atmamağı, quru ot, kol-kos və məişət tullantılarını yandırmamağı, yanğına səbəb ola biləcək şüşə və digər tullantıları ərazidə saxlamamağı tövsiyə edib.
ETSN bəyan edib ki, kiçik bir ehtiyatsızlıq geniş ərazilərin yanmasına, flora və faunanın məhvinə, eləcə də təbiətə uzunmüddətli zərərin dəyməsinə səbəb ola bilər və əhalini yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırıb.











































