Yanğın zamanı 200 nəfər təxliyyə olunub - Nazirlik açıqladı

Yanğın zamanı 200 nəfər təxliyyə olunub - Nazirlik açıqladı
SOSİAL
11:45 02.03.2018
1562
Martın 2-də səhər saatlarında güclü külək nəticəsində Respublika Narkoloji Mərkəzinin binasında qısa qapanma nəticəsində yanğın baş verib.

Hadisə yerinə yanğınsöndürmə maşınları və Səhiyyə Nazirliyinin 10-a yaxın təcili tibbi yardım briqadası cəlb edilib.

Səhiyyə Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, xəstəxananda müalicə alan və tibbi personaldan ibarət 200 nəfərə yaxın adamı vaxtında təxliyə etmək mümkün olub. Hazırda təxliyə olunan şəxslərə lazımi tibbi və psixoloji  yardım göstərilir.

Həyata keçirilmiş bütün zəruri  tədbirlərinə baxmayaraq, yanğının nisbətən güclü sahəsində 24 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
OXŞAR XƏBƏRLƏR