Yanğına görə Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırıldı

Yanğına görə Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırıldı
SOSİAL
10:22 10.12.2019
2006
Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb.

Bakı Nəqliyyat Agentliyindən AZXEBER.COM-a verilən məlumata görə, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb:

"Sərnişinlərimizdən anlayış göstərmələrini xahiş edirik. Eyni zamanda sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edirik".
OXŞAR XƏBƏRLƏR