"Yanında başqa qadın görsəm, səni öldürərəm" - Qısqanc qızın sevgilisinə imzalatdırdığı "qorxulu" müqavilə

"Yanında başqa qadın görsəm, səni öldürərəm" - Qısqanc qızın sevgilisinə imzalatdırdığı "qorxulu" müqavilə
DÜNYA
22:43 08.10.2018
7111
Əvvəlki münasibətində "zərbə" alan biri üçün, yeni sevgilisinə güvənmək ən çətin hisslərdən biridir.

AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, normalda cütlüklər bir-biri ilə bu məsələni danışaraq həll etsələr də, İngiltərədə bir qadın sevgilisi üçün qaydaları yazılı hala gətirib və ona imzalatdırıb.

Adı açıqlanmayan qız sevgilisi üçün 22 qayda tətbiq edib. Qaydalara görə, oğlanın ətrafında qız ola bilməz, o, oğlan dostları ilə də az vaxt keçirməli, hər şey üçün icazə almalıdır.

Qız sevgilisinin yanında başqa qadın gördüyü təqdirdə onu öldürməklə də təhdid edib.

Həmin məktubu yerdən tapan şəxs şəklini çəkərək sosial şəbəkədə yayıb. Foto minlərlə dəfə paylaşılıb, müzakirə səbəb olub.
 

 


OXŞAR XƏBƏRLƏR