Yanğında xəsarət alan ərəblər Bakıya gətiriləcək

Yanğında xəsarət alan ərəblər Bakıya gətiriləcək
SOSİAL
12:05 08.10.2018
2869
Qəbələ rayonunda Suriya vətəndaşı olan turistlərin qaldığı evdə baş verən yanğın zamanı xəsarət alanlar müalicə üçün Bakıya gətiriləcək.

AZXEBER.COM xəbər verir ki, bunu "Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib. 

Onun sözlərinə görə, hadisə zamanı xəsarət alan 1 kişi, 3 qadın və 1 yaşlı körpə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər və orada müalicə olunurlar: "Bir nəfərə ambulator yardım göstərilərək evə buraxılıb. Bundan başqa, hadisə nəticəsində 1995-ci il təvəllüdlü əcnəbi vətəndaş dünyasını dəyişib”.

Nazirlik rəsmisi əlavə edib ki, xəstəxanada olan 5 nəfər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının nəzdində fəaliyyət göstərən Yanıq Şöbəsinə gətiriləcək: "Onların vəziyyətləri ağır deyil”.

Qeyd edək ki, Qəbələ rayonunda ərəb turistlərin qaldığı evdə baş verən yanğın zamanı 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
OXŞAR XƏBƏRLƏR