Yanğından zərər çəkən 20 sahibkar yerlə təmin olundu

Yanğından zərər çəkən 20 sahibkar yerlə təmin olundu
SOSİAL
21:59 02.04.2019
5821
Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 8 ticarət mərkəzi təklif olunub.

Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, artıq 20-ə yaxın sahibkar 5 ay icarə haqqı ödənilməmək şərti ilə "Aygün” və "Sədərək” ticarət mərkəzlərində, Dərnəgül şossesində yerləşən "Eurohome” tikinti bazarında ticarət obyektləri ilə təmin olunub.

Sahibkarların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir.
OXŞAR XƏBƏRLƏR