Yanğınsöndürənlərin rəhbərinin evi də yandı.
AZXEBER.COM xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında turistlərin ən çox baş çəkdiyi yerlərdən olan Biq-Surda meşə yanğınları davam edir.
Dünən səhərdən başlayan yanğın zamanı 15 ev zərər çəkib, 100 nəfər evakuasiya olunub.
Yanğının hələlik hansı səbəbdən yarandığı bəlli deyil.
Hazırda yanğın 200 hektar ərazini əhatə edir. Yanğın Biq-Sur Yanğınsöndürmə Xidmətinin rəhbəri Mart Karstensin evini də məhv edib.
Rəsmilər bildirirlər ki, yanğının qarşısını hələ bir neçə gündən sonra almaq mümkün olacaq.