Yanlızlığın FƏSADLARI - Alimlər xəbərdarlıq etdi

SAĞLAMLIQ
07:29 14.11.2023
339
İngiltərədə aparılan bir araşdırma tənhalığın bir çox xəstəliyə səbəb olaraq ölüm riskini artırdığını ortaya çıxarıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, yeni elmi araşdırmaya görə, dostlarından və ailəsindən kifayət qədər ziyarət almayan və ya heç ziyarət etməyən insanlar arasında ölüm riski əhəmiyyətli dərəcədə artır. 

İngiltərədə "UK Biobank” tərəfindən 450 mindən çox insanla aparılan araşdırmaya görə, sosial həyat xəstəlik riskini azaldır və ömrü uzadır. Vaxtından əvvəl ölüm riskini azaltmaq üçün ayda ən azı bir dəfə dostlar və ailə üzvləri ilə görüşmək lazımdır. 

Araşdırmada yaxınlarını uzun müddət görməyənlərin hər hansı səbəbdən ölmə ehtimalının 77% daha çox olduğu qeyd edilib. 

Beş fərqli sosial əlaqənin araşdırıldığı araşdırmada tək yaşamaq və hiss etmək, dostlar və ailə ilə az təmasda olmanın ürək xəstəliyi və insult kimi ciddi xəstəliklərə qapı açdığı vurğulanıb. 

Mütəxəssislər qeyd ediblər ki, ən azı ayda bir dəfə yaxınlarını görməmək və tək yaşamaq insanların ölüm riskini xeyli artırır. Sosial təcridin müxtəlif formalarının riski daha da artırdığı qeyd edilib.

Gülay

OXŞAR XƏBƏRLƏR