"Yanvar ayından bu yana 1151 terrorçu zərərsizləşdirilib" - Türkiyə MN

"Yanvar ayından bu yana 1151 terrorçu zərərsizləşdirilib" - Türkiyə MN
DÜNYA
15:46 06.06.2024
119
Türkiyənin Milli Müdafiə Nazirliyi həftəlik məlumat toplantısını təşkil edib.

AZXEBER.COM xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən açıqlamada Suriyanın qondarma yerli seçkiləri və ABŞ-dan F-16 tədarükü prosesi ilə bağlı bir çox məsələ yer alıb.

Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk nazirlikdə keçirdiyi toplantıda bildirib ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) hər cür təhdid və təhlükəyə qarşı mübarizəni gücləndirilmiş təzyiqlər çərçivəsində davam etdirir. 

O, son bir həftədə 59 terrorçunun zərərsizləşdirildiyini, 1 yanvardan bu günə qədər zərərsizləşdirilən terrorçuların sayının 521-i İraqın şimalında, 630-u isə Suriyanın şimalında olmaqla 1151-ə çatdığını bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR