Yanvarın son günlərinə olan hava proqnozu açıqlandı

Yanvarın son günlərinə olan hava proqnozu açıqlandı
SOSİAL
18:49 26.01.2022
918
"Bu ilin yanvar ayında iqlim dəyişmələri gözlənilməz əlamətləri ilə özünü büruzə verdi. Cənub enliklərində görünməmiş şaxtalar, qar yığınları və təpələri məgər iqlimin istiləşməsidir? Həqiqətən də, ilk baxışda bu sualın məntiqi olduğunu düşünmək olar, lakin iqlim və hava eyni bir şey deyil.
Belə ki, əgər hava mövsümə uyğun olmayaraq istidirsə, belə fikir söylənir ki, "iqlim dəyişir", yox əgər qar yağırsa qlobal istiləşməyə şübhə ilə yanaşılır. Lakin bu iqlim dəyişmələri deyil, hava şəraitinin dəyişkənlikləridir".

AZXEBER.COM xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, əgər söhbət uzun illər müşahidə edilən havadakı dəyişikliklərdən gedirsə, bu zaman həqiqətən də iqlimdə baş verən dəyişikliklər nəzərdə tutulur:

"İqlim dəyişmələri isə onillikər ərzində orta göstəricilər üzrə baş verən dəyişikliklərdir. İqlim Yer üzərində baş verən ən müxtəlif proseslərin qarşılıqlı əlaqələrini özündə əks etdirir, bu da iqlimşünaslığı çoxşaxəli, mürəkkəb, maraqlı və çox əhəmiyyətli bir elm edir. İqlim sisteminin daim fasiləsiz dəyişiklik vəziyyətində olması normal haldır. Lakin bu gün Yer unikal iqlim mərhələsini keçirir. İqlim dəyişikliyi atmosfer sirkulyasiyasına təsir edir. Bu isə bəzi regionlar üçün xarakterik olmayan hava hadisələrinin tez-tez baş verməsi ilə özünü göstərir. İlin ən soyuq ayı olan yanvara qayıdaq. Yağıntıların nisbi bolluğuna baxmayaraq, bu ilin yanvar ayında havanın orta temperaturu iqlim normasından 2,6 dərəcə yuxarı olub. Ümumilikdə isə 25 günün yalnız 4-də temperatur normadan aşağı qeydə alınıb (0,2-1 dərəcə C), 21 gün isə orta iqlim göstəricilərindən 0,9 – 4,9 dərəcə C yuxarı müşahidə edilib. Yanvarın 7-də isə bu göstərici normadan 6,7 dərəcə C yuxarı olub".

U.Tağıyeva vurğulayıb ki, yağıntılar daha çox ölkənin şərq hissəsində qeydə alınıb: "Burada 25 gün ərzində aylıq normadan 27-43 faiz çox yağıntı düşüb. Bakı və Abşeron yarmadasında isə 11 gün yağıntı qeydə alınıb ki, onun 4-ü sulu qar və qar halında olub. Növbəti yağıntılı soyuq hava cəbhəsi yanvarın 27-də gözlənilir. Əlverişsiz hava yanvarın 28-i günortayadək davam edəcək. Bu dövr ərzində bölgələrdə sulu qar və qar halında yağıntıların olacağı proqnozlaşdırılır. Bakıda yağış yağacağı, axşam və gecə saatlarına yaxın isə sulu qara keçəcəyi gözlənilir. Havanın temperaturu 2-5 dərəcə C arasında olacaq. Abşeron üçün belə proseslərdə xarakterik olan şimal-qərb küləyinin yanvarın 27-i güclənməsi, 28-i isə tədricən günün birinci yarısında zəifləməsi gözlənilir. Küləyin maksimal sürəti 20-23 m/s olacaq. Ayın son günləri isə hava yağıntısız və nisbətən sabit keçəcək. Bakıda hava bəzı saatlarda dəyişkən buludlu olacaq, bəzi vaxtlarda isə cənub küləyi (gilavar) güclənəcək. Yüksək dağlıq ərazilərdə arabir güclənən cənub-qərb küləyinin əsməsi və temperaturun nisbətən yüksəlməsi qar uçqunlarının baş verməsinə səbəb ola bilər".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO