YAP-çı deputat həmkarını tənqid etdi

YAP-çı deputat həmkarını tənqid etdi
10:01 27.07.2011
1342
Bu sözləri 5-ci çağırış ardıcıl Milli Məclisdə təmsil olunan Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov jurnalistlərlə söhbətində deyib.

Millət vəkili deyib ki, bizdə birpalatalı parlament olduğu üçün deputatların az və çox seçilməsindən asılı olmayaraq senator adlandırılması mümkün deyil: «Məsələn, Böyük Britaniya parlamentinin Bryüs Corc adlı deputatı var idi. Bir müddət də ATƏT Parlament Assambleyasının sədri oldu. Onu hamı tanıyırdı və deyirdi ki, o, parlamentdə anadan olub. Bu adam 40 il idi ki, deputat idi. Bunu deməkdə məqsədim odur ki, deputatlıq, millət vəkilliyi bir sənətdir, o, zehni bir işdir, yaradıcılıqdır. Xalq seçib, sənə etimad göstərirsə, bunun müddəti, yaş senzi də yoxdur və olmamalıdır».

Bununla yanaşı, komitə sədri deyib ki, qanunvericilik işi, yaradıcılığı çox mürəkkəb mexanizmdir və onu bilən adamlar işləməli, millət vəkili olmalıdırlar: «Tez-tez səsləndirilən “parlament dəyişdirilsin, yeni adamlar gəlsin, cavanlaşma getsin” kimi fikirlərin heç cür tərəfdarı deyiləm. Bu işi bilənlərə həvalə etmək lazımdır. Özünüz də görürsünüz, bizim parlamentdə qanun hazırlayanlar kimlərdir – əsasən, komitə sədrləri və sədr müavinləri. Əsas yük onların üzərindədir. Eyni zamanda, bir neçə millət vəkili də bu işlə daha yaxından məşğul olur. Vəssalam! Qalanları qanun yaradıcılığı ilə məşğul olmurlar axı?! Hətta, məşğul olsalar belə, onu tam bilmirlər. Şəxsən mən özüm də 5 il – 1990-95-ci illərdə deputat olarkən heç düz-əməlli qanun yaradıcılığı ilə məşğul olmamışdım. Məhz ötən illərdəki təcrübəm əsasında bu gün qanun yaradıcılığı ilə peşəkar səviyyədə məşğul ola bilirəm. Deputatlıq, qanun yaradıcılığı dərin bir elmdir, sənətdir. Yəni, qanun yazanda hər cümlənin, vergülün, nöqtənin mənası nədir, onu dəqiq bilməlisən və bunu bilən insanlar məhz parlamentdə olmalıdırlar.

Parlamentdə nə qədər təcrübəli adamlar olsa, bir o qədər işin xeyrinədir. Eyni zamanda, bizim komitə yeganə komitədir ki, son 16 ildə 65-66 qanun layihəsi hazırlayıb və onun qəbuluna nail olub. Bu müddət ərzində cəmi bir qanun – dövlət torpaqlarının geri alınması ilə bağlı sənəd Prezident Administrasiyasından gəlib. Düzdür, aqrar sahə ilə bağlı qanunların bəzisi işləməsə də, əksəriyyəti işləyir, keyfiyyətli qanunlardır».

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb