YAP-çı deputatdan qeyri-adi təklif

YAP-çı deputatdan qeyri-adi təklif
DÜNYA
19:00 02.04.2013
1889

"ABŞ-ın Milli Demokratiya İnstitutu Azərbaycana və digər fəaliyyət göstərdiyi ölkələrə kütləvi iğtişaşlar, dövlətə qarşı təxribatlar törətmək və pozuculuq fəaliyyəti göstərmək məqsədilə gəlib". AZXEBER.COM-un məlumatına görə, bunu Publika.Az-a açıqlamasında Milli Məclisin Dağlıq Qarabağdan seçilmiş deputatı Elman Məmmədov bildirib.

Onun sözlərinə görə, həmin təşkilat Azərbaycanda da dövlət çevrilişi etmək və qarışıqlıq yaratmağa cəhd edənlərə maliyyə dəstəyi verir: "Çox təəssüf ki, bu təşkilat öz planlarını həyata keçirmək üçün Azərbaycanda da adamlar tapa bilir. ABŞ-ın Milli Demokratiya İnstitutu Azərbaycanda bir sıra şəxsləri öz çirkin əməllərinin həyata keçirilməsi işinə cəlb edir. Artıq bu məsələ ilə əlaqədar Azərbaycan dövləti də diplomatik qaydada ABŞ tərəfinə mövqeyini çatdırıb".

Deputat qeyd edib ki, artıq həmin təşkilatın məkrli fəaliyyəti hüquq -mühafizə orqanları tərəfindən aparılan araşdırma nəticəsində təsdiq olunub: "ABŞ-ın bu təşkilatı Azərbaycanda “Nida” Vətəndaş Hərəkatı üzvləri və digər gəncləri maliyələşdirərək ölkədə təxribat və pozuculuq etməklə məşğul olur. Məhz bu məqsədlə də təşkilat "Nida" üzvlərinə və digər gənclərə qanunsuz şəkildə pullar paylayıb, həmin pullar hesabına isə silah və partlayıcı maddələr alınaraq qanuna zid əməllərin həyata keçirilməsi planlaşdırılıb. “Nida” Vətəndaş Hərəkatının həbs olunan üzvləri dağıdıcı xarici təşkilatların təsiri ilə öz sağlam gəncliklərini məhv ediblər. Çox təəssüf olsun ki, ABŞ-ın Milli Demokratiya İnstitutu 20-25 yaşlı bu gəncləri şirnikləşdirərək öz məkrli planlarının həyata keçirilməsi işinə vadar edib. Həmin gənclərin valideynləri öz övladlarının pis yollara düşməsi barədə qəti fikirləşməlidirlər".

E.Məmmədov ABŞ-ın Milli Demokratiya İnstitutu, ATƏT-in Bakı ofisi və Avropa İttifaqına daxil olan bəzi dövlətlərin Azərbaycandakı nümayəndəliklərinin bağlanılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, 10 ildən çoxdur ATƏT-in Bakı ofisi, ABŞ-ın Milli Demokratiya İnstitutu və Avropa İttifaqına daxil olan bəzi dövlətlərin Azərbaycandakı nümayəndəlikləri mütəmadi olaraq Azərbaycan dövlətinin daxili işlərinə qarışmaqla, ölkəmizdə ixtişaş törətməklə, Azərbaycandakı radikal pozucu qüvvələri maliyyələşdirmək və təlimatlandırmaqla məşğul olur: "Bütün bunlara görə hesab edirəm ki, Azərbaycan dövləti öz qanunları çərçivəsində həmin qurumları artıq yerində oturtmalıdır və ölkədən çıxartmağa nail olmalıdır. Həmin qurumlar ya Azərbaycan qanunlarına hörmət edib qalmalı, ya da tədbir görüb ölkədən çıxarılmalıdırlar".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İrandan Rusiyaya aparılan qarpız yükündə 207 kq marixuana Azərbaycanda aşkarlanıb
17:17 14.06.2025
İrandan Rusiyaya aparılan qarpız yükündə 207 kq marixuana Azərbaycanda aşkarlanıb
Hakan Fidan Ceyhun Bayramovla İsrail-İran gərginliyini müzakirə edib
16:57 14.06.2025
Hakan Fidan Ceyhun Bayramovla İsrail-İran gərginliyini müzakirə edib
Britaniya XİN başçısı İran və İsraili təmkinli olmağa çağırıb
16:46 14.06.2025
Britaniya XİN başçısı İran və İsraili təmkinli olmağa çağırıb
Şagirdlər müəllimləri ilə 33 il sonra “Son zəng”i qeyd etdilər - VİDEO
16:27 14.06.2025
Şagirdlər müəllimləri ilə 33 il sonra “Son zəng”i qeyd etdilər - VİDEO
AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı bir neçə istiqamətdə reysləri ləğv edib
16:11 14.06.2025
AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı bir neçə istiqamətdə reysləri ləğv edib
Azərbaycan idmançısı beynəlxalq turnirdə qələbə qazanıb
15:55 14.06.2025
Azərbaycan idmançısı beynəlxalq turnirdə qələbə qazanıb
Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslər iyunun sonunadək ləğv edilib
15:48 14.06.2025
Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslər iyunun sonunadək ləğv edilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil
15:24 14.06.2025
Ceyhun Bayramov: Azərbaycan ərazisindən qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil
Nuran "Özəl biri"ni təqdim etdi - VİDEO
15:24 14.06.2025
Nuran "Özəl biri"ni təqdim etdi - VİDEO
İran və Pakistan XİN rəhbərləri İsrailin hücumlarını müzakirə ediblər
15:08 14.06.2025
İran və Pakistan XİN rəhbərləri İsrailin hücumlarını müzakirə ediblər
Prezidentin köməkçisi: Qafqazdakı yeni status-kvo beynəlxalq hüquqa əsaslanır
14:52 14.06.2025
Prezidentin köməkçisi: Qafqazdakı yeni status-kvo beynəlxalq hüquqa əsaslanır
İranda daha üç nüvə alimi öldürüldü
14:42 14.06.2025
İranda daha üç nüvə alimi öldürüldü
Füzuli şəhərində "Son zəng" çalındı - FOTOLAR
14:41 14.06.2025
Füzuli şəhərində "Son zəng" çalındı - FOTOLAR
Bakıda və bölgələrdə 2 gün güclü külək əsəcək
14:31 14.06.2025
Bakıda və bölgələrdə 2 gün güclü külək əsəcək
Cəbrayıl şəhərində ilk dəfə 32 ildən sonra “Son zəng” çalındı
14:20 14.06.2025
Cəbrayıl şəhərində ilk dəfə 32 ildən sonra “Son zəng” çalındı
Klublararası dünya çempionatı FİFA 2025 bu kanallarda yayımlanacaq
13:53 14.06.2025
Klublararası dünya çempionatı FİFA 2025 bu kanallarda yayımlanacaq