YAP-çı deputatlar təcili iclasa çağırıldı

YAP-çı deputatlar təcili iclasa çağırıldı
SİYASƏT
14:13 28.11.2019
3475
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının saat 11-ə təyin olunan iclası başa çatıb.

AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, növbəti iclas bu gün saat 14:00-da keçiriləcək.

Bu iclasa Milli Məclisdə təmsil olunan Yeni Azərbaycan Partiyasından olan deputatlar qatılacaq. YAP-çı deputatların hər birinə toplantıya qatılmaları tövsiyə olunub. 

Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq parlamentin buraxılması barədə məsələ qaldıracaq.

Qeyd edək ki, hazırda Milli Məclisdə YAP-ın 69 deputatı fəaliyyət göstərir.

Azərbaycanda son parlament seçkiləri 1 noyabr 2015-ci ildə keçirilib.

Milli Məclisidə 125 deputat yeri var və bütün deputatlar majoritar seçki sistemi ilə seçilirlər.
OXŞAR XƏBƏRLƏR