YAP-dan Rüstəm İbrahimbəyovun '1 manat' kampaniyasına reaksiya gəldi
SİYASƏT
18:10 27.08.2013
2124
"Azərbaycan ictimaiyyətini, özünü sədri olduğunu təşkilatı da aldadır. Bir vaxtlar Milli Şurada olan təşkilatlara böyük maliyyə yardımı olacağına vədlər verən, icra aparatına hər ya 20 min manat göndərən Rüstəm İbrahimbəyov bu gün tərəfdarlarının hərəsindən bir manat pul istəyir”.Bu barədə YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Publika.Az-a açıqlamasında Milli Şura sədri Rüstəm İbrahimbəyovun “Hərə Milli Şuraya 1 manat pul versin” çağırışına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan ictimaiyyətini aldadanR.İbrahimbəyov özünün sədri olduğu təşkilatı da dağıdır.