YAP Gəncə şəhər təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını davam etdirir -FOTO-VİDEO

YAP Gəncə şəhər təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını davam etdirir -FOTO-VİDEO
SİYASƏT
18:37 04.12.2019
3960

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasına yüksək ab-hava ilə başlayan Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.

AZXEBER.COM-un məlumatına görə, kampaniya çərçivəsində partiyanı təmsil edən namizədlərlə seçicilərin görüşü keçirilib.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan görüşdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP-ın Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsinin sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev, millət vəkili Pərvin Kərimzadə, idarə, müəssisə və təşkilat rəhbərləri, YAP-ın Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsinin üzvləri, Bələdiyyə seçkilərində iştirak edən namizədlər, partiya fəalları və şəhər sakinləri iştirak ediblər.

Əvvəlcə Gəncə şəhərinin Nizami, Kəpəz və Hacıkənd bələdiyyələri üzrə namizədlikləri irəli sürülmüş 43 nəfər tədbir iştirakçılarına təqdim edilib.

Millət vəkili Naqif Həmzəyev çıxış edərək, Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətinin qurulmasında, xalqın rifahının ildən-ilə yüksəlməsində və ümummilli inkişafımızda əvəzolunmaz xidmətlərindən danışıb. Bildirib ki, ümumxalq dəstəyi və etimadı qazanan hakim partiya 23 dekabr bələdiyyə seçkilərinə "Xalq üçün” devizi ilə gedir. İnanırıq ki, həmişə olduğu kimi bu Bələdiyyə seçkilərində də xalqımız YAP tərəfindən irəli sürülən namizədlərini dəstəkləyəcək və partiyamız növbəti möhtəşəm uğurunu qazanacaq.

Tədbir Gəncə Musiqi Kolleci tələbələrinin könserti ilə davam edib.








OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
14:09 13.10.2026
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
14:07 13.10.2026
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
14:05 13.10.2026
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
Laos Prezidenti Zəfər parkını ziyarət edib
13:58 13.10.2026
Laos Prezidenti Zəfər parkını ziyarət edib
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
13:57 13.10.2026
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
VPN istifadəçiləri hansı təhlükələrlə üzləşə bilər?- Ekspertdən xəbərdarlıq
13:41 13.10.2026
VPN istifadəçiləri hansı təhlükələrlə üzləşə bilər?- Ekspertdən xəbərdarlıq
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinənlər saxlanıldı - FOTO
13:30 13.10.2026
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinənlər saxlanıldı - FOTO
"Qız uşağına necə geyinməyi deyil, necə düşünməyi öyrətmək lazımdır"
13:25 13.10.2026
"Qız uşağına necə geyinməyi deyil, necə düşünməyi öyrətmək lazımdır"
Səbaildə problem aradan qaldırıldı: Su təchizatı bərpa edildi
13:23 13.10.2026
Səbaildə problem aradan qaldırıldı: Su təchizatı bərpa edildi
Deputat: Hər kəsin məktəbli forması ilə bağlı qərara əməl etməsi şərtdir
13:22 13.10.2026
Deputat: Hər kəsin məktəbli forması ilə bağlı qərara əməl etməsi şərtdir
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
13:09 13.10.2026
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
Bu şəxslərin iş rejimi dəyişir
12:58 13.10.2026
Bu şəxslərin iş rejimi dəyişir
“Dini inancını hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
12:56 13.10.2026
“Dini inancını hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
12:54 13.10.2026
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
12:52 13.10.2026
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat
12:37 13.10.2026
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat