"Hakim Yeni Azərbaycan Partiyasının (YAP) son qurultayında qəbul olunmuş yeni Nizamnaməyə görə, şəhər və rayon təşkilatlarının sədrləri ikinici vəzifə tuta bilməzlər. Bura həmçinin parlamentdə təmsilçilik də daxildir".
AZXEBER.COM xəbər verir ki, bu sözləri deputat Naqif Həmzəyev deyib.
O bildirib ki, YAP Gəncə şəhər təşkilatının sədri vəzifəsinə namizədliyi irəli sürülməyəcək:
"Həmçinin sonuncu qurultayda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mənə yenidən böyük etimad göstərilərək Yeni Azərbaycan Partiyası Nəzarət komissiyasının üzvü seçilməyim səbəbindən YAP Gəncə şəhər təşkilatının sədri vəzifəsinə namizədliyim irəli sürülməyəcək.
Yolumuza Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Yeni Azərbaycan Partiyası Nəzarət komissiyasının üzvü olaraq davam edəcəyik.
Hər kəsə uğurlar".