YAP Gəncə şəhər təşkilatının üzvləri bir araya gəldi - FOTOLAR

YAP Gəncə şəhər təşkilatının üzvləri bir araya gəldi - FOTOLAR
Seçki2024
14:25 01.02.2020
2628
30 yanvar tarixində 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Müşfiq Cəfərov və bitərəf namizəd olan Üzeyir Əliyev arasında YAP Gəncə şəhər təşkilatında görüş təşkil olunub.
 
Görüşdə Yeni Azərbaycan Pariyasının Gəncə şəhər təşkilatının sədr müavini, akademik Fuad Əliyev iştirak edib.

Namizəd Üzeyir Əliyev çıxışında Yeni Azərbaycan Partiyasının üzvü olduğunu, hakim partiyaya sadiq olduğunu və etimadının nümunəsi kimi, partiyanın qələbəsi naminə güclərin birləşdirilməsi üçün səslərin Müşfiq Cəfərova yönləndirilməsini bildirdi. Bundan sonra namizəd olduğu dairə üzrə Müşfiq Cəfərovun təbliğatında yaxından iştirak edəcəyini söyləyib.

Görüş YAP Gəncə şəhər təşkilatında başa çatdıqdan sonra Müşfiq Cəfərov öz təbliğat –təşviqat qrupunun üzvləri ilə birlikdə Üzeyir Əliyevin qərargahını ziyarət etdi.  Görüşdə Uzeyir Əliyevin vəkilləri, təbliğat-təşviqat qrupunun üvləri iştirak edirdi. Onlar da  YAP-ın dairə üzrə yeganə namizədi olan Müşfiq Cəfərova dəstək olacaqlarını bildirdilər.
Müşfiq Cəfərov çıxış edərək Üzeyir Əliyevin Yeni Azərbaycan Partiyasına olan sədaqətini, istək və sevgisini bir nümunəvi addım olduğunu bildirdi. Bu cür addımlar digər YAP üzvləri üçün nümunə olmalıdır. 
 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR