YAP-ın Binəqədi təşkilatının sədri vəzifəsindən kənarlaşdırıldı

SİYASƏT
15:21 11.07.2013
2149
Bu gün hakim yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının konfransı keçirilib. 
Konfransda təşkilatın rəhbərliyi dəyişib. Belə ki, indiyədək YAP Binəqədi rayon təşkilatının sədri vəzifəsini tutan Nəbi Xəlilov bu postdan kənarlaşdırılıb.
Əvəzində Ramiz Göyüşov hakim partiyanın Binəqədi təşkilatının sədri seçilib.
Modern.az-ın məlumatına görə, yeni sədr R.Göyüşov Binəqədi rayon İcra Hakimiyyətində ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiridir.
Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatı 1993-cü ildə təsis olunub. Qurumdan verilən məlumata görə, bu rayon təşkilatının 13500-dək üzvü var.

OXŞAR XƏBƏRLƏR