YAP-ın namizədi Ağalar Vəliyev YAP-dan niyə narazı qalıb?

YAP-ın namizədi Ağalar Vəliyev YAP-dan niyə narazı qalıb?
SİYASƏT
01:14 22.09.2015
1444

Hazırkı deputat, YAP-ın yeni siyahısında da adı olan namizəd Ağalar Vəliyev narazıdır.

AZXEBER.COM xəbər verir ki. bu haqda tia.az-a deputata yaxın mənbələr məlumat verib. Bildirilir ki, Ağalar Vəliyev dairəsinin dəyişməsindən narazı qalıb. Əvvəl 11 Qaradağ dairəsindən deputat olan A.Vəliyevin namizədliyi YAP-ın növbəti siyahısında 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən dəsətklənib. O, özünə yaxın olan adamların əhatəsində bildirib ki, uzaq və çətin dairənin ona verilməsi könlündən olmayıb. Dairənin üstəlik qaçqın rayonlarını əhatə etməsi namizədi heç razı salmayıb. Seçicilərin uzaq-uzaq ərazilərdə yaşaması əlavə maddi və fiziki xərc tələb edir deyə namizəd şikayətlənib.

Bildirilir ki, yanan binada təmir işlərinin yekunlaşdırılıb təhvil verilməməsi də bununla bağlıdır. Bir növ binanı təmir edən "Azəraqrartikinti"nin rəhbəri A.Vəliyev bununla etirazını bildirmiş olur. O da qeyd edilir ki, A.Vəliyevə özündən əvvəlki deputat - Gülçöhrə Məmmədovanı misal çəkiblər. Onun həmin dairədə yaxşı deputatlıq etdiyi deyilib və bundan da o tələb edilib. Bir qadınla müqayisə edilməsi isə Ağalar Vəliyevə lap pis təsir edib.

Xatırladaq ki, bu ilin yayında Binəqədidə yanan 16 mərtəbəli binanın təmiri məhz A.Vəliyevin rəhbəri olduğu “Azəraqrartikinti” şirkətinə həvalə edilib. Deputat binanın sentyabrın ilk yarısında təmir edilib təhvil veriləcəyini bildirsə də, vədinə əməl etməyib. Hazırda binadakı mənzillərin bir hissəsində təmir yekunlaşsa da, digərlərində iş yarımçıqdır. Məlumata görə, deputata binanın təmiri üçün çatmalı olan 5 milyon manat namizədliyinin dəsətəklənməsi müqabilində verilməyib. O isə bu səbəbdən dairəsinin dəyişdirilərək uzaq rayona göndərilməsinə etiraz edir.

Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək