AZXEBER.COM xəbər verir ki, bunu Lent.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib. S.Novruzovun sözlərinə görə, bəzi media orqanları gündəmdə qalmaq və sensasiya yaratmaq üçün müxtəlif şayiələr yayır: “Bunların hamısı yalandır. Biz partiyanın daxili işləri ilə bağlı heç bir məlumat, informasiya vermirik”.
YAP daxilində deputatlığa namizədlərin seçim prosesinin şəffaf olduğunu söyləyən Siyavuş Novruzov partiyada namizədlərin siyahısının şəxslərin vəzifəsinə və ya yaşına görə müəyyən edilmədiyini, bunu seçicilərin müəyyənləşdirəcəyini qeyd edib.