YAP-ın siyahısı təsdiq olundu

SİYASƏT
16:27 15.09.2015
1804
Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, toplantıda hakim partiyanı bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkisində təmsil edəcək deputatlığa namizədlərinin siyahısı müzakirə olunub. Müzakirələrdən sonra YAP İdarə Heyəti namizədlərin siyahısını təsdiqləyib. YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova jurnalistlərə deyib ki, iclasda partiyanın deputatlığa namizədlərinin siyahısı müzakirə olunub: "İclas yaxşı keşdi. Bir qədər sonra deputatlığa namizədlərin siyahısı açıqlanacaq".
OXŞAR XƏBƏRLƏR