YAP-ın üzvlərinin sayı 700 minə çatdı

YAP-ın üzvlərinin sayı 700 minə çatdı
SİYASƏT
17:06 06.05.2016
1541

Bu gün Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini, İcra katibi Əli Əhmədov hakim Partiyanın Qərargahında YAP-ın 700 mininci üzvünə partiya vəsiqəsini təqdim edib.

AZXEBER.COM-un məlumatına görə, YAP-ın Sədr müavini Əli Əhmədov bu günün əlamətdar olduğunu deyib: “Belə bir günün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə təsadüf etməsi çox xoş bir andır”.

Əli Əhmədov bildirib ki, YAP-ın sıraları kifayət qədər genişdir: “Hakim Partiya sürətlə öz sıralarını genişləndirir. Əlbəttə, bu, Ümummilli Lider Heydər Əliyevin ideyalarına və cənab Prezidentin həyata keçirdiyi siyasətə dəstəkdən xəbər verir. Gənclərin YAP-ın sıralarına üzv olmağını da təbii hesab edirəm. Ayrı-ayrı idarələrdə, qurumlarda xeyli sayda gənclər önə çəkilir”.

Qeyd edək ki, tədbirdə YAP-ın İcra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, millət vəkilləri Eldar İbrahimov,Məlahət İbrahimqızı və mətbuat nümayəndələri iştirak edib.

OXŞAR XƏBƏRLƏR