"YAP-ın VI qurultayından ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub"

"YAP-ın VI qurultayından ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub"
SİYASƏT
14:48 05.03.2021
525
"Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olub. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş verib və təbii ki, onların arasında ən mühümü ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədaləti bərpa etdi".

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında söyləyib.

Dövlətimizin başçısı deyib: "Bizim şanlı qələbəmiz qürur mənbəyimizdir və bu gün bizim qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr vurub, öz tarixi torpaqlarını işğalçılardan azad edib. Biz bu tarixi missiyanı yerinə yetirdik”.

Prezident İlham Əliyev qeyd edib ki, son 17 il ərzində münaqişə ilə bağlı bütün çıxışlarında Azərbaycan xalqının bu işğalla heç vaxt barışmayacağını deyib. "Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müxtəlif çıxışlarda, müsahibələrdə müharibədən əvvəl deyirdim ki, bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi. Tarixi ədalətə cavab vermirdi və yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi və biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq”, - Prezident vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
03:33 11.10.2026
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
03:16 11.10.2026
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
Ölən qızı 11 ay əvvəl boşanıbmış
03:00 11.10.2026
Ölən qızı 11 ay əvvəl boşanıbmış
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
02:46 11.10.2026
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı