"YAP ölkənin siyasi sisteminin ən əsas gücüdür"

"YAP ölkənin siyasi sisteminin ən əsas gücüdür"
SİYASƏT
12:43 10.03.2021
458
1992-ci ildə silah gücünə hakimiyyətə gələn AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni uçuruma sürüklədi. O vaxt Azərbaycan demək olar ki, dağılırdı, ölkəmizdə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Qanunsuz silahlı dəstələr, quldur dəstələri meydan sulayırdılar. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, ölkə parçalanırdı. Həmin günlərdə məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq gündəlik həyatımızın reallığına çevrilmişdi. O vaxt Azərbaycan əhalisi artıq iqtidardakıların hansı işin sahibi olduğunu yaxşı bilirdi. Ona görə də AXC-Müsavat cütlüyü 1993-cü ilin yayında baş verən hadisələr zamanı ictimai dəstəkdən tamamilə məhrum olmuşdu. Elə xalqın dəstəyini tamamilə itirdiklərinə görə də hakimiyyətdən getməli oldu. Çünki xalq yaxşı bilirdi ki, bu iqtidarda olanlar Azərbaycanın parçalanmasına, dağılmasına, torpaqlarımızın düşmən işğalına məruz qalmasına göz yumaraq var-dövlət yığmaqla, ölkəni talamaqla məşğuldurlar. Bu səbəbdən hər kəsin qəlbində AXC-Müsavat cütlüyünə qarşı dərin nifrət kök salmışdı.

AXC-Müsavat hakimiyyətinin ifrat səriştəsizliyi, ölkənin təcrid olunmuş vəziyyətə düşməsi, daxildə vətəndaş müharibəsi təhlükəsi YAP-ın yaranmasını tarixi zərurətə çevirmişdi. YAP Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.

Hazırda müstəqil Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları əsasında inkişaf edir, Ulu Öndər siyasəti uğurla davam etdirilir. Son 17 il ərzində Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasət, dərin islahatlar strategiyası Azərbaycanın dayanıqlı inkişafını təmin edib, ölkəmizin qarşısında yeni perspektivlər açıb. Azərbaycan xalqı döblət başçısının həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir: Bu gün cənab Prezidentin gərgin əməyi, dövlətimizin inkişafı naminə yorulmaz fəaliyyəti hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və daim dəstəklənir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Azərbaycan dövləti və xalqı bundan sonra da Prezident İlham Əliyevin Liderliyi ilə yeni-yeni nailiyyətlərə imza atacaq.

Yeni dövrdə siyasi dialoq daha da dərinləşdirilır. Müharibədən əvvəl başlamış siyasi dialoq istiqamətində qısa müddət ərzində yaxşı nəticələr əldə olunub. Bütün partiyalar, özünü siyasi qurum adlandıran antimilli şura istisna olmaqla, bütün siyasi qüvvələr dialoqa meyl göstərib, təşəbbüsü alqışlayıb və artıq bu dialoq baş tutub.

Antimilli ünsürlərin məqsədi Azərbaycanı qarışdırmaq, Azərbaycanı çökdürmək, Azərbaycan rəhbərliyini hörmətdən salmaq, ölkəni daxili çəkişmələrə sürükləməklə əsas milli hədəfdən – Qarabağın azad olunması hədəfindən yayındırmaq olub. Bizim şanlı Ordumuzun Qələbəsinə kölgə salmaq istəyənlər də bu məqsədi güdür.

Müstəqillik dönəminin başlanğıcından türkdilli ölkələr arasında davamlı olaraq keçiri-lən dostluq, qardaşlıq və əməkdaşlıq qurultayları, dövlət başçılarının zirvə toplantıları, Türk-dilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasları, TÜRKSOY çərçivəsində həyata keçirilən təd-birlər, Türkdilli Ölkələrin Parlament Assambleyasının sessiyaları və digər bu kimi tədbirlər böyük türk dünyasını bütövləşdirməyə yönələn fəaliyyətlərin meydanını gündən-günə geniş-ləndirir. Bu gün türk dövlətlərinin qarşılıqlı münasibətləri ilə bağlı olan sənədlər siyasətdən iqtisadiyyata, mədəniyyətə, elm və təhsilə qədər bütün istiqamətlərdə əlaqələrimizin real əsasını təşkil edir.

Ulu Öndər ideyalarına söykənən YAP-nın gücləndiyinin, nəinki ölkənin, hətta Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatına çevrildiyinin şahidiyik. Partiyanın VII qurultayında qəbul olunan mühüm qərarlardan biri 6 siyasi partiyanın öz müraciətləri əsasında Yeni Azərbaycan Partiyasına qoşulmasıdır. Azərbaycanda hər zaman siyasi dialoq mühiti mövcuddur. Hakimiyyət siyasi partiyaların bir araya gəlməsi, dövlətimizin, xalqımızın gələcəyi naminə birlik nümayiş etdirməsi üçün zəruri olan bütün addımları atır. 44 günlük İkinci Qarabağ müharibəsi bu birliyin, həmrəyliyin təqdimatı oldu. Vətən müharibəsində 50 siyasi partiya Müzəffər Ali Baş Komandanı dəstəklədiyini, onun ətrafında sıx birləşdiklərini bildirdilər. Yeni Azərbaycan Partiyasının VII qurultayında möhtərəm Prezident cənab İlham Əliyevin proqram xarakterli, müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizin yaratdığı yeni reallıqları özündə əks etdirən nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi.

Müstəqil Azərbaycan yeni dövrə qədəm qoydu. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir. Ona görə Azərbaycan bütün addımlarını düzgün atacaq ki, Azərbaycan bayrağı daim yüksəklərdə olsun.

Naftalan ziyalısı Faiq Rüstəmov
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər