YAP rəhbərliyi qərargaha yığışır: Namizədlər az sonra açıqlanacaq

SİYASƏT
10:04 17.07.2024
171
Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti iclas keçirəcək. İclasda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində partiyanın namizədləri müəyyən ediləcək.

Partiyanın İdarə Heyətində təmsil olunan şəxslər artıq YAP-ın binasına gəlməyə başlayıb.

Toplantının yaxın saatlarda başlayacağı gözlənilir.

İclasdan sonra hakim partiyanın bütün seçki dairələri üzrə namizədlərini açıqlayacaq.

Qeyd edək ki, YAP-ın İdarə Heyətində 40 nəfər təmsil olunur.
 
//Modern.az

 

 

 

 


OXŞAR XƏBƏRLƏR