YAP seçkiyə görə toplandı

YAP seçkiyə görə toplandı
SİYASƏT
11:45 03.07.2024
168
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin bu gün keçiriləcək iclasının gündəliyi məlum olub.

AZXEBER.COM APA-ya istinadən  xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Milli Məclisə 2024-cü ilin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planının təsdiq edilməsi;

2. Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının yaradılması və onun tərkibinin təsdiq edilməsi;

3. Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin təyin olunması;

4. Səsvermə gününədək seçki komissiyasının iclaslarını müşahidə edəcək şəxslərin təyin edilməsi.
OXŞAR XƏBƏRLƏR