YAP Siyasi Şurasının üzvü xəstəxanaya aparıldı

SİYASƏT
13:09 27.06.2013
1365

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, "91-lər"dən olan professor Fikrət İsmayılov səhhətində problemlər yaranıb.

Sözügedən məlumatı dəqiqləşdirmək üçün Publika.Az-ın əməkdaşı F.İsmayılova telefon açıb. Telefona cavab verən F.İsmayılov özünün yaxşı hiss etmədiyini söyləyib: "Axşam səhhətim qəfil pisləşdi və təcili yardım çağırıldı. Hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunuram".

Xatırladaq ki, Fikrət İsmayıl oğlu İsmayılov 1935-ci il yanvarın 5-də Naxçıvan Muxtar Respublikasında anadan olub.

OXŞAR XƏBƏRLƏR