YAP təcili qurultay keçirir - Vaxt dəyişdirildi

YAP təcili qurultay keçirir - Vaxt dəyişdirildi
SİYASƏT
00:57 06.02.2018
1870
Yeni Azərbaycan Partiyasının (YAP) qurultayının vaxtı məlum olub.
AZXEBER.COM APA-ya istinadən məlumatına görə, YAP-ın VI qurultayının vaxtı dəyişdirilərək 2018-ci il fevralın 8-nə təyin olunub.
Qurultayın vaxtının dəyişdirilməsinə səbəb növbədənkənar prezident seçkisinin təyin edilməsidir.
Qurultayın bu ilin mayında keçirilməsi nəzərdə tutulurdu.
Qurultayda partiyanın prezidentliyə namizədi müəyyənləşdiriləcək, sədr və sədr müavinləri, İdarə Heyəti və Siyasi Şuranın tərkibi yenidən seçiləcək.

OXŞAR XƏBƏRLƏR