Yaponiya 5 gündür yanğınlarla mübarizə aparır

Yaponiya 5 gündür yanğınlarla mübarizə aparır
DÜNYA
11:04 03.03.2025
217
Yaponiya Yanğın və Fəlakət İdarəsi Agentliyi İvate prefekturasının Ofunato şəhərində davam edən meşə yanğını ilə bağlı açıqlama verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, səlahiyyətlilər fevralın 26-dan bəri 1800 hektar ərazinin külə döndüyünü açıqlayıb.

Yanğında 1700-ə yaxın yanğınsöndürən və helikopter iştirak edir, alovun yaşayış məntəqələrinə çatma riski ilə əlaqədar 4600-ə yaxın insan üçün təxliyə əmri verilib.

Səlahiyyətlilər yanğının nəzarət altına alınması üçün işlərin davam etdiyini bildirib.
 
Bölgədəki vətəndaşları təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıb. Yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalar davam edir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR