Yaponiya, ABŞ, Kanada və Avstraliya Şərqi Çin dənizində hərbi təlimlər keçirib

Yaponiya, ABŞ, Kanada və Avstraliya Şərqi Çin dənizində hərbi təlimlər keçirib
DÜNYA
19:06 06.06.2023
195
Yaponiya, ABŞ, Kanada və Avstraliya Şərqi Çin dənizində ilk hərbi dəniz təlimləri keçirib.

Bu barədə Yaponiya Silahlı Qüvvələrinin komandanlığı məlumat yayıb.

Qeyd edilib ki, 3-5 iyun tarixlərində keçirilmiş təlimlərin məqsədi dənizdə birgə qarşılıqlı fəaliyyət bacarıqlarını inkişaf etdirmək olub.

Manevrlərdə ABŞ Hərbi Dəniz Qüvvələrinin və Kanada Kral Donanmasının gəmiləri də daxil olmaqla beş gəmi iştirak edib.

Xatırladaq ki, bundan öncə 2019 və 2022-ci illərdə dörd ölkə Sakit okean və Cənubi Çin dənizində birgə təlimlər həyata keçirib.
 
///APA 
OXŞAR XƏBƏRLƏR