Yaponiya bir neçə adada “Patriot” sistemi yerləşdirib

Yaponiya bir neçə adada “Patriot” sistemi yerləşdirib
DÜNYA
18:50 01.05.2023
234
Yaponiya Müdafiə Nazirliyi ölkənin bir neçə adasında "Patriot” zenit-raket kompleksi yerləşdirib.

Qeyd olunub ki, bu addımın atılmasına səbəb Şimali Koreyanın peyk buraxmaq planlarıdır.

Miyako, İşiqaki və Yonaquni adalarında yerləşdirilən zenit-raket komplekslərinin peyk buraxılan zaman onu daşıyan raketin və ya hissələrinin təhlükə yaradacağı təqdirdə işə salınması planlaşdırılır.

Xatırladaq ki, sonuncu dəfə "Patriot” kompleksləri 2012 və 2016-cı illərdə Miyako və İşiqaki adalarında yerləşdirilib, o zaman da Şimali Koreya peyk buraxılmasına cəhd edib, lakin o zaman zenit-raket kompleksləri işə düşməyib.
 
///APA
OXŞAR XƏBƏRLƏR