Yaponiyada güclü zəlzələ baş verdi

Yaponiyada güclü zəlzələ baş verdi
DÜNYA
10:51 01.05.2023
188
Yaponiyanın Ryukyu adaları yaxınlığında 5.9 bal gücündə zəlzələ baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ Okinava şəhərindən 62 km şərqdə yerləşib. Zəlzələ ocağı 12 km dərinlikdə olub.

Qeyd edək ki, insan itkisi və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi bildirilməyib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR