Yaponiya hökuməti istefa verdi

Yaponiya hökuməti istefa verdi
DÜNYA
10:12 10.08.2022
259
Bu gün Yaponiya hökuməti tam tərkibdə istefa verib.

AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Kyodo” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, ölkənin Nazirlər Kabinetinin növbədənkənar iclası yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə 06:30) başlayıb. Baş nazir Fumio Kisidanın rəhbərliyi ilə Yaponiya hökumətinin yeni tərkibinin yaxın bir neçə saatda açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Yaponiya hökumətinin hazırki tərkibi 2021-ci il oktyabrın 4-də Kisida Baş nazir postunu tutduğu zaman formalaşıb.
OXŞAR XƏBƏRLƏR